Praqada Karl Universitetinin fəlsəfə fakültəsində baş verən atışmada azı 10 nəfər həlak olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə lidovky.cz xəbər portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, daha 9 nəfər ağır yaralanıb. Orta və yüngül xəsarət alanlar da var.
Hücum edən şəxs polisin onu zərərsizləşdirmək üçün keçirdiyi əməliyyat zamanı öldürülüb. Çexiyanın daxili işlər naziri Vit Rakuşan deyib ki, onun heç bir şəriki yoxdur. Nazirin sözlərinə görə, artıq ani təhlükə yoxdur.