Türkiyədə motosiklet kuryeri Yunus Emre Göçeri vuraraq öldürən Somali prezidentinin oğlu Məhəmməd Həsən Şeyx Məhəmməd barədə məhkəmə qərarı verilib.
NOCOMMENT.az bakupost.az-a istinadla xəbər verir ki, prokuror təqsirləndirilən şəxsin 2 ildən 6 ilə qədər azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə Şeyx Məhəmmədi 2 il 6 ay həbs cəzasına məhkum edib və bu cəzanı 27 min TL (1542.45 AZN) cəriməyə çevirib.
4 gün əvvəl məhkəməyə gətirilən və ifadəsi alınan Məhəmməd Həsən Şeyx sərbəst buraxılıb.