Fransa çempionatı 2024/25 mövsümündən etibarən adını dəyişəcək və “Uber Liqa 1” əvəzinə “McDonalds Liga 1” adlanacaq.
NOCOMMENT.az Qaynarinfo -ya istinadən xəbər verir ki,bu barədə “La Gazette Du Fennec” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “McDonalds” Fransa çempionatının ad hüququna görə ildə 20 milyon avro ödəyəcək. “Uber” hazırda 15 milyon avro ödəyir. Şirkət Lionel Messinin gedişi və liqanın əsas ulduzu Kilian Mbappenin “Real Madrid”ə transferi ilə əlaqədar yeni mövsüm üçün ayrılan vəsaiti azaldıb.
Fransa liqasının adının dəyişdirilməsi tərəflər bütün maliyyə və sənədləşmə məsələlərini həll etdikdən sonra elan ediləcək.
İndi Liqa 1-də 24 matçdan sonra turnir cədvəlinə yalnız PSJ başçılıq edir. Luis Enrikenin komandasının 55 xalı var. İkinci yerdə qərarlaşan “Brest” 46, ilk “üçlüy”ü qapayan “Monako” 42 xal toplayıb.