ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərqə səfər edəcək.
NOCOMMENT.az-ın məlumatına görə, o, bu həftə Səudiyyə Ərəbistanı və Misirə səfər edəcək. Məqsəd Qəzzada atəşkəsin əldə edilməsi və Fələstin ərazilərinə humanitar yardımın artırılması səylərini müzakirəsidir.
Blinken ilk olaraq martın 20-də Səudiyyə Ərəbistanı liderləri ilə danışıqlar aparacaq, daha sonra Misir rəhbərliyi ilə görüşmək üçün martın 21-də Qahirəyə gedəcək.
Blinkenin Yaxın Şərqə səfəri İsrail və HAMAS arasında oktyabrın əvvəlində başlayan müharibədən bəri altıncı səfərdir.