ABŞ dövlət katibi Entoni Blinken Təl-Əvivdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
NOCOMMENT.az xəbər verir ki, Blinken “X” hesabındakı paylaşımında qeyd edib ki, o, Qəzzaya daha çox yardımın göndərilməsi və girovları azad edilməsi səylərini müzakirə etmək üçün Baş nazir Netanyahu və hərbi kabinetin nümayəndələri ilə görüşlər keçirib.
“Mən İsrail tərəfinə yardımların prioritet hesab edilməli olduğunu bildirdim”, – deyə dövlət katibi vurğulayıb.