“Crocus City Hall”un sahibi Araz Ağalarov konsert zalında baş verən terror aktına münasibət bildirib.
NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, o, RBK-ya müsahibəsində baş verənləri insani dəyərlər baxımından izaholunmaz adlandırıb.
“Dəhşətli faciə baş verdi və artıq deyilib ki, son 20 ildə belə bir şey olmayıb”,-deyə Araz Ağalarov bildirib.
Onun sözlərinə görə, terrorçular zala qapıdan deyil, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar:
“Əllərində avtomat silahı var idi. Gördükləri hər şeyə atəş açmağa başladılar. Bütün insanlar, mühafizəçilərə. Bir mühafizəçi öldü, biri yaralandı. Onlar heç mühafizəçi də deyillər. Biz onlara “nəzarətçi” deyirik”.