Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimləri davam edir.
Məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuş edən helikopterlər müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər.
Müdafiə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.