Rusiya Ukraynaya qarşı əməliyyatları genişləndirirbackend

Rusiya Ukraynaya qarşı əməliyyatları genişləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya qoşunları Ukraynaya qarşı əməliyyatları genişləndirməyə çalışır. Bununla belə, silahlı qüvvələr cəbhə xəttinin müdafiəsini gücləndirəcək”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, hazırda Xarkov istiqamətində və Rusiya ilə sərhəddə qüvvələr gücləndirilir:

“Biz Xarkov istiqamətlərinə daha çox qüvvələr cəlb edirik. İstər dövlət sərhədimiz boyu, istərsə də bütün cəbhə xətti boyunca Rusiyanın istənilən hücumunu pozacağıq. Rusiya qoşunları Ukraynaya qarşı əməliyyatları genişləndirir. Biz bu qüvvələrinin həcmini başa düşürük, planını görürük. Bizim əsgərlərimiz, artilleriyamız, pilotsuz təyyarələrimiz qarşı tərəfə cavab verir. Tərəfdaşlarımızın döyüşçülərimizi və Ukraynanın müqavimətini vaxtında təchizatla dəstəkləməsi vacibdir”.