Rusiya və KXDR SSRİ dövründən bəri ilk dəfə turist mübadiləsi aparıb.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşündə Rusiya Federasiyası ilə Şimali Koreya arasında ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın rəhbəri, ölkənin təbii sərvətlər və ətraf mühit naziri Aleksandr Kozlov deyib.
“SSRİ dövründən bəri ilk dəfə biz KXDR-ə Primorsk diyarından, Kalininqrad vilayətindən və ölkəmizin digər bölgələrindən səfər etmişik”, – deyə Kozlov bildirib.
O əlavə edib ki, Rusiya və Şimali Koreya kənd təsərrüfatı sahəsində əməkdaşlığı da müzakirə edir.