Bolqarıstan hakimiyyəti “Vostok” çoxmillətli diviziyasının qərargahının və Qara dənizdəki vəziyyətə nəzarət edəcək çoxmillətli qərargah elementinin yaradılması üçün öz ərazisini təmin etmək təşəbbüsü ilə çıxış edib.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə Bolqarıstan ordusunun Müdafiə Qərargahının rəisi admiral Emil Eftimov bildirib.
“Bolqarıstan Qara dəniz regionunun təhlükəsizliyində həlledici rol oynayan NATO-nun şərq cinahının etibarlı müttəfiqidir”, – o qeyd edib.
Eftimovun sözlərinə görə, ölkə qlobal təhlükəsizliyin təmin edilməsi üçün tələb olunan müdafiə potensialının inkişafı üzərində işi davam etdirməyə hazırdır.