Şimali Atlantika Alyansına (NATO) qəbul edilməsi planlaşdırılan Ukrayna 2034-cü ilə qədər mövcudluğunu dayandıra bilər.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Yens Stoltenberq deyib ki, o, Ukraynanın 2034-cü ildə NATO-ya daxil olmasını yaxşı ssenari hesab edir. Yəni, heç vaxt”, – deyə Medvedev Ukraynanın bu vaxta qədər mövcudluğunu dayandıra biləcəyini etiraf edib.
İyulun 11-də Dmitri Medvedev Ukrayna və NATO-nun yoxa çıxmasını təmin etmək üçün hər şeyi etməyə çağırıb. Bir gün əvvəl Medvedev demişdi ki, Kiyevin məğlubiyyəti xüsusi hərbi əməliyyatın (SVO) sonu olmayacaq.