Ukrayna pilotsuz təyyarələri Rusiyanın üç bölgəsində vurulubbackend

Ukrayna pilotsuz təyyarələri Rusiyanın üç bölgəsində vurulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna pilotsuz təyyarələri Rusiyanın 3 bölgəsinə hücum etmək istəyərkən vurulub.

NOCOMMENT.az bu barədə Rusiya Müdafiə Nazirliyi Telegram-da məlumat yayıb .

“Saat 07:50 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı təyyarə tipli PUA-lardan (pilotsuz uçuş aparatları) istifadə etməklə növbəti terror aktları həyata keçirmək cəhdinin qarşısı alınıb”, – deyə idarədən bildirilib.

Növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod, Ryazan və Saratov vilayətləri üzərində üç PUA-nı məhv edib.

Bundan əvvəl Belqorod vilayətinə hücum etmək istəyərkən iki Ukrayna pilotsuz təyyarəsi vurulub . Müdafiə Nazirliyi vurğuladı ki, söhbət təyyarə tipli dronlardan gedir. Belə dronlar bir neçə on kiloqrama qədər partlayıcı daşımaq və yüzlərlə kilometr yol qət etmək qabiliyyətinə malikdir.