Hadi Rəcəblinin nəvəsinə nikah mərasimi belə keçirilib – Ailədən AÇIQLAMAbackend

Hadi Rəcəblinin nəvəsinə nikah mərasimi belə keçirilib – Ailədən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi KİV-də sabiq deputat Hadi Rəcəblinin bu gün nəvəsinə toy etməsi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda mərasimə 150 nəfər qonağın dəvət edildiyi vurğulanıb.

NOCOMMENT xəbər verir ki, modern.az məsələni dəqiqləşdirmək üçün Hadi Rəcəblinin ailəsi ilə əlaqə saxlayıb.

Ailədən verilən məlumata görə, toy mərasiminin keçirilməsi barədə yayılanlar doğru deyil: “Dünən “ASAN Xidmət”də Hadi Rəcəblinin nəvəsi – oğlunun qızı Məhin Rəcəblinin nikah mərasimi olub. Nikah 15:30-da bağlanıb. Gənclər rəsmi nikaha girdikdən sonra bunu dəniz kənarında – açıq havadakı restoranda 7-8 nəfərlə birgə qeyd ediblər. Mərasimdə ancaq gənclər olub. 150 nəfərin iştirakı barədə deyilənlər yalandır”.

Yaxınlarının verdiyi məlumata görə, mərasim “Sea Breeze” restoranında təşkil edilib:

“Nikah mərasimində tanınmış müğənni, Xalq artisti Emin Ağalarov (“Sea Breeze” restoranın sahibi) da iştirak edib. Amma nə Hadi Rəcəblinin özü, nə də digər ailə üzvləri mərasimdə iştirak etməyiblər”.

Hadi Rəcəblinin nəvəsi 2 ildir ki, nişanlı imiş.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyasına görə ölkədə təntənəli toy-nişan mərasimlərinin keçirilməsini qadağan edib.