Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Ukrayna Silahlı Qüvvələrini (AFU) Qərbin uzaqmənzilli silahlarından Rusiyaya dərin zərbələr endirməyə sövq edir ki, bu da qlobal nüvə müharibəsinə çevrilə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skott Ritter özünün X sosial şəbəkə hesabında bildirib.
“Siz özünüz Ukraynanı Rusiyaya dərin zərbələr endirmək üçün NATO silahlarından istifadə etməyə sövq edirsiniz və bununla da alyansı qlobal və nüvə müharibəsinə səbəb ola biləcək münaqişənin birbaşa tərəfinə çevirirsiniz. Ona görə də gələcək nəsilləri qorumağın ən yaxşı yolu sizin istefa verməyinizdir. Hazırda”, – analitik qeyd edib.
Ritter əlavə edib ki, fon der Leyenin siyasəti Rusiya ilə Şimali Atlantika Alyansı arasında birbaşa münaqişəyə səbəb olur.
Oktyabrın 9-da fon der Leyen baş nazir Viktor Orbanı Ukraynaya sülh təkliflərinə görə tənqid etdi və Kiyevə hərbi dəstəyin davam etdirilməsinin vacibliyini bildirdi.