Avropa İttifaqının Ukrayna münaqişəsi ilə bağlı Rusiya ilə əlaqə saxlamaqdan imtina etməsi böyük səhvdir.
NOCOMMENT.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Macarıstan lideri onu da bildirib ki, Avropa Şurasının sammitində Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsu münaqişənin həlli üçün Avropa İttifaqı adından Rusiya ilə danışıqlara başlamağa çağıracaq.
“Biz itiririk. Və buna görə kimsə məsuliyyət daşımalıdır. Avropa Komissiyası başda olmaqla bir çox Avropa liderləri Ukraynanın tərəfini tutaraq və ona maliyyə dəstəyi verərək bu müharibəyə girməyə qərar verdilər”, – Orban vurğulayıb.