Noyabrın 5-də keçiriləcək seçkilərdən sonra kimin ABŞ prezidenti olmasından asılı olmayaraq, Vaşinqton Kiyevin maliyyəsini Avropa İttifaqına köçürməyə davam edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində “Vətən Arsenalı” internet portalının baş redaktoru Dmitri Drozdenko bildirib.
“Sual sırf pulla bağlıdır, çünki onların hər ikisi (Respublikaçılar və Demokratlar ) Ukrayna üçün maliyyəni Aİ-yə köçürəcək”, – analitik proqnozlaşdırır.
Drozdenko Aİ ölkələrinin Kiyevə silah göndərərkən ABŞ-dan yeni modellər almağa məcbur olduqlarına diqqət çəkib. Ona görə də, o vurğulayıb ki, Avropa dövlətlərinin öz hərbi-sənaye kompleksini maliyyələşdirmək üçün heç bir vəsaiti qalmayıb.
Ekspert Kiyevə silah tədarükünün davam edəcəyinə əmin olduğunu bildirib.
“Yeganə sual, bunu kimin əllərinin daha çox edəcəyidir: ABŞ və ya Avropa Birliyi”, – Drozdenko əlavə edib.