Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstandakı seçkilərlə bağlı qəbul etdiyi qətnamə ilə faktiki olaraq gürcü xalqının seçimini “ləğv etməyə” çalışır, bu, daxili işlərə qarışmaqdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili “İmedi” telekanalının efirində bildirib.
“Heç kimin gürcü xalqının iradəsini ləğv etməyə haqqı yoxdur. Biz AŞPA-da məhz belə bir cəhd gördük. Biz hər kəsi obyektiv olmağa və qırmızı xətləri keçməməyə çağırırıq”, – deyə o vurğulayıb.