“Bu gün tələbə olsaydım, ilk edəcəyim iş süni intellekti öyrənmək olardı”backend

“Bu gün tələbə olsaydım, ilk edəcəyim iş süni intellekti öyrənmək olardı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nvidia”nın həmtəsisçisi bildirib ki, gələcək 10 ildə biz yenə də süni intellekt elmi sahəsində irəliləyişlər görəcəyik, lakin əsas diqqət süni intellektin tətbiqi elminə yönələcək. 

NOCOMMENT.az xəbər verir ki, Huang gələcək nəsillərə texnologiyadan müxtəlif formalarda istifadə etməyi, xüsusən də ağıllı sorğular hazırlamağı öyrənməklərini məsləhət görüb.

“Əgər bu gün tələbə olsaydım, ilk edəcəyim iş süni intellekti öyrənmək olardı.

“ChatGPT” ilə necə qarşılıqlı əlaqə qurmağı, “Gemini Pro” ilə necə işləməyi və “Grok” ilə necə ünsiyyət qurmağı öyrənərdim. Süni intellekt ilə qarşılıqlı əlaqəni öyrənmək, əslində, yaxşı sual verməyi bilməkdən fərqli deyil”,- Huang bildirib.

61 yaşlı Huang, öz nəslinin “İşimizi daha yaxşı yerinə yetirmək üçün kompüterlərdən necə istifadə edək?” sualını verdiyini deyib.

Onun sözlərinə görə, yeni nəsil isə “İşimizi daha yaxşı yerinə yetirmək üçün süni intellektdən necə istifadə edək?” sualını verməlidir.

Huang deyir ki, əgər mən birinin qarşısına kompüter qoysam və o, heç vaxt kompüter istifadə etməyibsə, həmin insanın bir gündə kompüter öyrənməsi mümkün deyil.

Amma “ChatGPT” ilə işləməyi bilmirsinizsə, sadəcə mən “ChatGPT”dən necə istifadə edəcəyimi bilmirəm, mənə öyrət yazırsınız və süni intellekt sizə nümunələr təqdim edir.

“Meta”nın baş icraçı direktoru Mark Zukerberq də oxşar fikirləri səsləndirib. O, tələbələrin nələri öyrənməli olduğu barədə suala cavab verərkən, qızlarından birinin “Meta AI”dən yazdığı hekayə üçün illüstrasiya yaratmaq məqsədilə istifadə etdiyini nümunə gətirib.

Həmçinin Huang, qarşıdakı beş il ərzində “insan robotları” sahəsində böyük irəliləyişlər gözlədiyini və süni intellektin tətbiq sahələrinin genişlənəcəyini bildirib.

Süni intellekti rəqəmsal biologiyaya, iqlim texnologiyasına, kənd təsərrüfatına, balıqçılığa, robot texnologiyasına, nəqliyyata, logistikanın optimallaşdırılmasına necə tətbiq edə bilərəm? kimi suallar tətbiqi tədqiqatlarda düşünüləcək suallardır.

ABŞ və Çin də daxil olmaqla, bir çox ölkədə şirkətlər istehsalat və istehlak məqsədləri üçün humanoid robotların istehsalını genişləndirmək üzərində işləyir.\\Valyuta.az