Tramp Ukraynaya yardımın dondurulması ilə bağlı görüş keçirəcəkbackend

Tramp Ukraynaya yardımın dondurulması ilə bağlı görüş keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp bazar ertəsi günortadan sonra Ukrayna ilə bağlı böhranla bağlı növbəti addımlar, o cümlədən ABŞ-nin hərbi yardımının mümkün dayandırılması ilə bağlı görüş keçirəcək.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu haqda mənbələrə istinadən “Axios” potralı məlumat yayıb.

Mənbələr bildiriblər ki, görüşdə Trampla yanaşı, vitse-prezident Devid Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və digər yüksək vəzifəli məmurların iştirakı gözlənilir.

Xatırladaq ki, Ağ Evdə keçirilən Tramp-Zelenski görüşü xüsusilə Zelenskinin Putinin əvvəlki razılaşmaları pozduğunu və ona etibar edilə bilməyəcəyini deməsindən sonra gərginləşib.