“ABŞ İrana qarşı hərbi əməliyyatlarda rejimi dəyişə bilməsə, növbəti mərhələdə Tehran nüvə silahı əldə edəcək”.

Bu haqda NOCOMENT.az-a politoloq Məhəmməd Əsədullazadə deyib:
“Əfqanıstanda Talibanı devirən ABŞ, sonradan hakimiyyəti yenidən onlara verməli oldu. Məqsəd Əfqanıstanda güclənmək və Talibanı məhv etmək idi. Amma ABŞ Kabil strateji məğlubiyyətlə üzləşdi.
İranda proseslər ABŞ strateji planına uyğun olaraq getmir. Uzun və tükəndirici müharibə Donald Trampın siyasi imicinə zərbə vuracaq.
İranın məğlub olması yeni siyasi nizamın tərkib hissəsi olmalıdır. Çünki hazırkı rejimin qalması, regionun təhlükəsizliyi üçün təhdid olacaq. İran qonşu ölkələrə qarşı təzyiqləri artıracaq. Nəinki proksi qüvvələri dəstəkləməkdən geri çəkiləcək, yeni proksi qüvvələr hazırlayacaq”, -deyə politoloq vurğulayıb.













