Tramp: Dünyada beş silahlı münaqişəni dayandırmışıqbackend

Tramp: Dünyada beş silahlı münaqişəni dayandırmışıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp dünyada beş silahlı münaqişəni dayandırdığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini RİA Novosti yayıb.

“Biz, bildiyiniz kimi, dünən müharibəni (Tailand və Kamboca arasındakı münaqişəni — «Gazeta.Ru») dayandırdıq. Amma ümumilikdə artıq təxminən beş müharibəni dayandırmışıq. Bu, nə qədər çox sevsəm də, qolf oynamaqdan daha önəmlidir”, — deyə Ağ Evin rəhbəri ona məxsus Şotlandiyanın Aberdin şəhərində yerləşən Trump International Golf Links klubunda yeni qolf meydançasının açılış mərasimində bildirib.

Amerika lideri etiraf edib ki, bu gün qolf oynamaq fürsətini səbirsizliklə gözləyir. O, daha sonra Vaşinqtona qayıtmağı və “dünyanın müxtəlif yerlərində baş verən yanğınları söndürməyi” planlaşdırır.