Rusiya və ABŞ sammitində uğurlu nəticələr üçün hazırlıqbackend

Rusiya və ABŞ sammitində uğurlu nəticələr üçün hazırlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ABŞ Dövlət Katibi Marko Rubio ilə telefon danışığı apararaq Alyaskada keçiriləcək iki ölkə liderlərinin görüşünün hazırlıqlarını müzakirə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı 12 avqust, çərşənbə günü baş tutub.

“15 avqustda Alyaskada Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla keçiriləcək görüşün hazırlanmasının bəzi aspektləri müzakirə olunub”, — məlumatda qeyd edilir.

Bildirilib ki, hər iki tərəf Rusiya-Amerika sammitinin uğurlu və effektiv keçməsi niyyətini təsdiqləyib.