Ermənistan rəhbərliyi: Hər dəqiqə Rusiya və Gürcüstan XİN rəhbərləri ilə əlaqədəyikbackend

Ermənistan rəhbərliyi: Hər dəqiqə Rusiya və Gürcüstan XİN rəhbərləri ilə əlaqədəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnasakanyan mütamadi olaraq Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovla Qarabağda və cəbhə boyu gedən döyüşlərin dayandırılması ilə bağlı danışıqlar aparır.

NOCOMMENT.az Tass.ru-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

“Bizim bütün diplomatik fəaliyyətimiz fövqəladə vəziyyətdə çalışır. Bütün bizim beynəlxalq tərəfdaşlarımız baş verənlərlə bağlı məlumatlandırılıb. Ermənistan XİN rəhbərliyi demək olar ki, hər dəqiqə Rusiya və Gürcüstan XİN rəhbərləri ilə əlaqədədir”, – deyə nazirlik sözçüsü qeyd edib.