UNİCEF-in Yerevandakı nümayəndəsi Azərbaycana casusluq edirmiş?backend

UNİCEF-in Yerevandakı nümayəndəsinin Azərbaycana casusluq edirmiş?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti UNİCEF-in Yerevandakı nümayəndəliyinin rəhbəri Merienn Klark-Hattinqin fəaliyyətini dayandırıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan martın 9-da jurnalistlərə bildirib.

Məlumata görə, erməni tərəfi üçün UNİCEF-in ölkədəki nümayəndəsi Merienn Klark-Hattinqin mandatını həyata keçirilməsindəki çatışmazlıqlar və qeyri-konstruktiv metodlar problemə çevrilib. Buna görə də, Ermənistan hökuməti onun UNİCEF-in Ermənistandakı nümayəndəsi kimi səlahiyyətlərinə xitam verməyi qərar alıb.

“Bu qərar barədə BMT-nin Daimi Nümayəndəsi və UNİCEF-in nümayəndələri məlumatlandırılıblar”, deyə Naqdalyan  əlavə edib.

Daha əvvəl XİN-dəki naməlum mənbə saytlara xəbər vermişdi ki, M.Klark-Hattinq tələsik Ermənistanı tərk etməli olub. Düzdür, mənbə buna səbəb kimi xanımın bəzi səhvlərini göstərsə də, konkret səhvləri bildirməmişdi.

Qeyd edək ki, dünən teleqram kanallarda M.Klark-Hattinqin Azərbaycan və Böyük Britaniyanın xeyrinə casusluqla məşğul olduğu iddia edilib və məhz bu səbəbdən də Ermənistan rəhbərliyinin onu persona non grata elan etməsi söylənilib.