2025–2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu prosesində artıq müsahibə mərhələsi bitir. Namizədlər yazılı imtahanda yüksək nəticə topladıqdan sonra onların fənn biliyi ilə yanaşı, pedaqoji yanaşma və psixoloji hazırlığı da yoxlanılır. Lakin bu mərhələdə verilən “Dərs zamanı sinfə fil, ilan və ya quş daxil olsa, nə edərsiniz?” kimi qeyri-adi suallar cəmiyyətdə birmənalı qarşılanmır.
Bu cür sualların müəllimin peşəkarlığını yoxlamağa, yoxsa sadəcə psixoloji hazırlığını test etməyə xidmət etməsi mütəxəssislər arasında da fərqli mövqelərə səbəb olur.
Maraqlıdır, imtahanlarda bu suallar niyə verilir və nəyə xidmət edir?
NOCOMMENT.az xəbər verir ki, təhsil eksperti Sona Əliyeva BTV-yə müsahibəsində bu kimi suallara aydınlıq gətirib.