Abşeron rayonunun Masazır qəsəbəsindəki 3 nömrəli orta məktəbdə summativpulu yığıldığı iddia edilir. Bildirilir ki, qiymətlər siniflərə görə dəyişir. Hər şagirddən aşağı siniflərdə 5, yuxarı siniflərdə 10 manat tələb edilir.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, şagirdlər və valideynlər də iddia edirlər ki, artıq bu məsələ ənənəyə çevrilib.
Hər yeni tədris ilinin başlanğıcında bu vəsaitin bütün siniflərdən toplanılmasına başlanılır. Qeyd edilir ki, summativlərin keçirilməsi üçün tələb olunan materialların çapına görə şagirdlərdən pul yığılır.
Yolumuzu Masazırdakı 3 saylı tam orta məktəbdən salıb səsləndirlən iddialarla bağlı həm valideynlər, həm də şagirdlərlə görüşdük. Bu dəfə valideynlərdən çox şagirdlər yığılan vəsaitin əlindən təngə gəldiklərini iddia etdilər. Hətta aralarında summativpulu verməyən şagirdlərin müəllimlər tərəfindən təhdid olunduğunu deyənlərə də rast gəldik.
Masazır 3 nömrəli tam orta məktəbin riyaziyyat-informatika müəllimi Vidadi Ədilov şagirdlərdən summativ üçün pul yığılması iddiasının yanlış olduğunu qeyd etdi.
3 ömrəli məktəbdən iddiaların əsaslı olub- olmadığını öyrənmək istəsək də, cəhdimiz baş tutmadı.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirldi ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılacaq və nəticəsi barədə məlumat veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.