İranın dəniz iqtisadiyyatı üzrə xüsusi elçisi Əli Əbdüləlizadə ölkəsinin ABŞ və İsrail ilə apardığı mübarizə fonunda Hürmüz boğazını “gizli xəzinə” kimi xarakterizə edib. IRNA agentliyinin məlumatına görə, rəsmi Tehran bu strateji su yolunu qlobal iqtisadiyyata təsir rıçağı kimi görür.
NOCOMMENT.az xəbər verir ki, Əbdüləlizadə hazırkı qarşıdurmanı “dünya miqyaslı enerji müharibəsi” adlandırıb. O qeyd edib ki, hazırda davam edən “üçüncü dayatılmış müharibə” İranın dəniz gücünü və Hürmüz boğazını bağlamaq potensialını üzə çıxarıb. Bu isə Fars körfəzinin sadəcə bir dəniz olmadığını, strateji bir silah olduğunu sübut edir.
İranlı rəsmi həmçinin vurğulayıb ki, mövcud gərginlikdə İran qlobal iqtisadiyyatda “yönləndirici rol” oynamaq iqtidarındadır. Tehranın bu açıqlamaları bölgədə enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb.
Sara,
NOCOMMENT.az










