Azərbaycan Tibb Universiteti tərəfindən 2025-ci ilin tələbatı üzrə Tədris İdman Kompleksinin sanitar qovşaqlarının və damının əsaslı təmir işlərinin satın alınması məqsədilə keçirilən tender baş tutmayıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalma nəzarət orqanının qərarına əsasən ləğv edilib.
Müsabiqənin ehtimal olunan qiyməti 486.160,00 AZN təşkil edirdi.