Bu dəfə Xırdalanda məktəbdə pul yığılması ilə bağlı səs yazıları yayıldı – VİDEObackend

Bu dəfə Xırdalanda məktəbdə pul yığılması ilə bağlı səs yazıları yayıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Valideynlərdən yığılan pulların çekləri… Yığılan pulların köçürüldüyü bank hesabı… Beynəlxalq Müəllimlər Günü ilə bağlı valideynlərdən pul yığdığı iddia edilən valideyn komitəsinin səs yazıları…

NOCOMMENT.az xəbər verir ki, bütün bunları “Xəzər Xəbər”in vatsap qaynar xəttinə pul yığılmasından narazı qalan valideyn göndərib.

Səs yazısının Abşeron rayonu Xırdalan şəhərində yerləşən 2 saylı tam orta məktəbin 7b sinfinin valideyn komitəsinin sədri Aynurə Hümbətovaya aid olduğu bildirilir.

İddiaya görə, sinif rəhbəri valideyn komitəsi tərəfindən hər ailədən 30 manat məbləğində pul toplanmasını bildirib.

İddialarla bağlı üz tutduq sözügedən məktəbə.

Valideynlər və müəllim bunun əsassız olduğunu desələr də, şagirdlərdən bəziləri hər valideyndən 30 manat yığıldığını təsdiqlədilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.