“Respublika Pediatriya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən müxtəlif növ güc avadanlıqlarının alınması və quraşdırılması üzrə elan edilmiş tender ləğv edilib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin ləğv edilməsinin səbəbi açıqlanıb.
Təqdim olunan təkliflərin heç biri şərtlər toplusunun tələblərinə cavab verməyib (36.1.2). Rəsmi məlumatda bildirilir ki, tender formal tələblərə uyğun olmadığı üçün ləğv edilib.
Ehtimal olunan qiymət isə 161.995,12 AZN təşkil edirdi.