Bakı Metropoliteni 5 stansiyada sıradan çıxmış “M” tipli qapıların təmirinə 296 min manat xərcləyirbackend

Bakı Metropoliteni 5 stansiyada sıradan çıxmış “M” tipli qapıların təmirinə 296 min manat xərcləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Nəsimi”, “Ulduz”, “Koroğlu”, “Memar Əcəmi” və “Həzi Aslanov” stansiyalarında sıradan çıxmış “M” tipli qapıların demontaj və montaj işlərini həyata keçirmək üçün satınalma elan edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, işlərin ehtimal olunan dəyəri 296.687,78 manat təşkil edir.

Tenderdə qapıların sökülməsi və yenidən quraşdırılması işlərinin birgə həyata keçirilməsi nəzərdə tutulur. Hazırda işlərin kim tərəfindən icra olunacağı müəyyən edilməyib.

Qeyd edək ki, “M” tipli qapılar Bakı Metropoliteninin mühüm texniki elementlərindən biridir və onların tam işlək vəziyyətdə saxlanması sərnişinlərin təhlükəsizliyi və rahatlığı üçün vacibdir.