Xankəndidə Ermənistan tərəfindən 100-ə qədər xarici silahlı döyüşür.
NOCOMMENT trend-ə istinadən xəbər verir ki, bu barədə öz tvitter səhifəsində “The Heritage Foundation” nəzdində Ellison Xarici Siyasət Araşdırma Mərkəzinin direktoru Lük Koffi yazıb.
L.Koffi bildirib: “Son vaxtlar xarici silahlıların Dağlıq Qarabağdakı döyüşlərdə iştirakı ilə bağlı bir çox ittihamlar var.
Çox yüksək vəzifəli və məlumatlı bir mənbədən 100-ə qədər xarici silahlının (mənə deyildiyi kimi, bəlkə də PKK) Xankəndidə olduğunu eşitdim. Xarici silahlıların varlığı – pis xəbərdir!”