Məktəbin döşəməsi və tavanı yararsız hala düşüb. Sinif otaqlarını qışda qızdırmaq olmur.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Ucarın Qaracallı kəndindəki 1 saylı tam orta məktəbdən gedir. Valideyinlərin sözlərinə görə, məktəb 70 ildən çoxdur ki, istismardadır. Bu müddət ərzində əsaslı təmir- bərpa işləri aparılmadığından otaqlarda vəziyyət çox acınacaqlıdır. Qapı-pəncərə sınıq-sökük, döşəmə çürük, tavan çökmüş vəziyyətdədir.
Təhsil ocağında istilik sistemi olmadığından otaqlar odunla qızdırılır. Qapı-pəncərənin sınıq-sökük olması səbəbindən otaqlarda normal temperatur yaratmaq mümkün olmur. Bu vəziyyətə görə şagirdlər dərsə də getmək istəmirlər.
Ucar Rayon Təhsil Sektorundan “Xəzər Xəbər”ə bildirildi ki, Qaracallı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin tikintisi, onun əsaslı təmiri, müasir avadanlıqla təminatı, istilik sisteminin bərpası, ümumilikdə, infrastrukturun yenilənməsi növbəlilik əsasında həyata keçiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













