Regionlarda işə götürməyə kadr yoxdur? – VİDEObackend

Regionlarda işə götürməyə kadr yoxdur? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Regionlarda işəgötürənlərin uyğun kadr tapmaqda ən çox çətinlik çəkdiyi sahələr açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşı Nicat Həmidov bildirib ki, son bir ilin statistikasına əsasən, şirkətlər ən çox texniki ixtisaslar, satış və maliyyə sahəsində işçi axtarışındadır. Lakin müraciət edənlərin çoxu ya təcrübəsiz, ya da müasir dövrün tələbi olan rəqəmsal bacarıqlardan uzaqdır.

İşəgötürənlərin ən çox çətinlik çəkdiyi əsas sahələr sırasında satış və marketinq, texniki ixtisaslar, mühasibatlıq və maliyyə yer alır. Bundan əlavə, tikinti, fiziki işlər və ticarət sahəsi də kadr çatışmazlığı yaşananlar sırasındadır. Turizm və xidmət sektoru üzrə bu göstərici 8,6%, kənd təsərrüfatı və heyvandarlıq sahəsində isə 7,7% təşkil edir. Siyahıda ofis və inzibati dəstək işləri və tibb sahəsi üzrə işçi çatışmazlığı da var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.