İsraili qarşıda çətin sınaqlar gözləyir – ŞOK AÇIQLAMAbackend

İsraili qarşıda çətin sınaqlar gözləyir – ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir bildirib ki, İran ətrafındakı vəziyyətlə əlaqədar yaxın gələcəkdə İsraili “çətin sınaqlar” gözləyir. Onun sözlərinə görə, qarşıdakı mərhələ ölkə üçün həlledici olacaq.

NOCOMMENT.az xəbər verir ki, Zamir qeyd edib: “İsrail Müdafiə Qüvvələri Amerika hərbçiləri ilə birlikdə İranda strateji hədəflərə zərbələr endirməyə başlayıb. Qarşıda bizi İran terror rejiminin potensialını məhv etməyə yönəlmiş genişmiqyaslı, taleyüklü və misilsiz kampaniya gözləyir. Bu potensial İsrailin təhlükəsizliyi üçün daimi ekzistensial təhdid təşkil edir”.

Baş Qərargah rəisi əməliyyatların davam edəcəyini və ordunun bütün ssenarilərə hazır olduğunu vurğulayıb. Regionda davam edən hərbi qarşıdurma fonunda tərəflərin bəyanatları vəziyyətin daha da kəskinləşə biləcəyinə işarə edir.