Şəhidi anası vəfat etdi – FOTObackend

Şəhidi anası vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci Qarabağ müharibəsinin şəhidi Şirzad Həsənovun anası Adilə Həsənova vəfat edib.

NOCOMMENT.az bildirir ki, bu barədə onun yaxınları məlumat verib.

Şəhid anasının xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Həsənov Şirzad Nüsrət oğlu 1966-cı il iyun ayının 22-də Qubadlı rayonunun Tarovlu kəndində anadan olub. 1983-cü ildə Çardaxlı kənd orta məktəbini bitirib. 1985-ci ildə sovet ordusu sıralarına çağırılıb. 1987-ci ildə hərbi xidməti başa vurduqdan sonra vətənə qayıdıb. 1987-ci ildə rayon istehlak cəmiyyətinin inşaat briqadasında quraşdırıcı usta kimi əmək fəaliyyətini davam etdirib.

Birinci Qarabağ müharibəsi başlayanda özünümüdafiə dəstələrinə qoşulub. 1990-cı il aprelin 9-da Qubadlıda şəhid olub.