Tehranda məşhur “Bəsic” bazası partladıldıbackend

Tehranda məşhur “Bəsic” bazası partladıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehranda “Bəsic” qüvvələrinə məxsus olduğu bildirilən baza partladılıb. Hadisə ilə bağlı ilkin məlumatlarda obyektin ciddi zərər gördüyü qeyd olunur.

NOCOMMENT.az xəbər verir ki, partlayış nəticəsində İranın hüquq-mühafizə qüvvələri arasında çoxlu sayda ölənlərin olduğu iddia edilir. Bildirilir ki, paytaxtın Azadi küçəsi təcili tibbi yardım maşınlarının hərəkəti üçün bağlanıb.

Qeyd olunur ki, söhbət ötən ay İranda keçirilən etiraz aksiyalarını xüsusi amansızlıqla yatırmaqda ittiham olunan “Bəsic” qüvvələrindən gedir. Hadisə ilə bağlı rəsmi qurumlar hələlik geniş açıqlama verməyib. /KONKRET.az/