Nurəngiz Bəşirovanın sürətli yüksəlişində Vüqar Qurbanov “əli” – SENSASİON iddiabackend

Nurəngiz Bəşirovanın sürətli yüksəlişində Vüqar Qurbanov “əli” – SENSASİON iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova barəsində yeni məlumatlar var.

NOCOMMENT.az -a daxil olan məlumatlarda Nurəngiz Bəşirovanın barəsində rəhbərliyi ilə səhiyyə idarələrində ciddi səlahiyyət sui-istifadəsi, maliyyə vəsaitlərinin düzgün idarə olunmaması və şəxsi maraqlar naminə inzibati qərarların verilməsi ilə bağlı iddialar yer alıb.

Belə ki, Hadrut Ailə Sağlamlıq Mərkəzinin (ASM) tikintisi ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığı iddia edilib.

Bəzi yazılarda Nurəngiz Bəşirovanın Hadrut ASM-ni “tikdirdiyi” qeyd edilsə də, məktub müəllifinin iddiasına görə, həmin tibb məntəqəsi 2020-ci ildə ərazilər azad edildikdən sonra dövlət tərəfindən nəzarətə götürülüb və ilkin mərhələdə Müdafiə Nazirliyinin tibbi xidmətinə verilib. Daha sonra isə bu ASM Nərgiz Bəşirovanın adı ilə “bağlanıb”. Bu səbəbdən “tikdirib” ifadəsinin həqiqəti əks etdirmədiyi iddia olunur.

Məktubda maliyyə vəsaitlərindən istifadə ilə bağlı da ittihamlar yer alır. Bildirilir ki, həmin dövrdə Vüqar Qurbanovun da bu proseslərdən maddi qazanc (on minlərlə) əldə etdiyi iddia edilir.

Oxşar vəziyyətin Zəngilan rayonu ərazisində yerləşən Ağalı ASM-də də yaşandığı bildirilir. Məktub müəllifi qeyd edir ki, dövlət tərəfindən tikilən tibb məntəqələrinin müəyyən şəxslərin şəxsi təşəbbüsü kimi təqdim olunması yolverilməzdir.

İddialara görə, Hadrut ASM və Ağalı ASM-in tabelik məsələsində də suallar var. Bildirilir ki, hər iki müəssisə ərazi baxımından digər rayonlara yaxın olsa da, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının tabeliyində saxlanılıb. Qeyd olunur ki, həmin dövrdə Beyləqan RMX-nin direktoru Nurəngiz Bəşirova olub və tabelik qərarlarının onun təsiri ilə verildiyi iddia edilir.

Məktubda maliyyə məsələlərinə də toxunulur. Belə ki, guya Beyləqan–Hadrut və Beyləqan–Ağalı istiqamətlərində təcili yardım avtomobillərinin gündəlik hərəkəti rəsmiləşdirilib. Hər iki istiqamətin 80–90 km məsafədə olduğu və bir neçə il ərzində yanacaq xərclərinin böyük məbləğ təşkil etdiyi bildirilib.

Bundan əlavə, Xocavənd Rayon Mərkəzi Xəstəxanasında İnsan Resursları şöbəsinin müdiri vəzifəsində çalışan Nuridə adlı şəxsin təyinatı ilə bağlı da ittihamlar yer alır. Məktub müəllifi onun təhsil səviyyəsi və peşəkar uyğunsuzluğuna diqqət çəkərək, bu təyinatın Nurəngiz Bəşirovanın qərarı ilə baş tutduğunu qeyd edib.

Həmçinin qeyd olunur ki, Nurəngiz Bəşirova keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin dövründə də müəyyən inzibati qərarlarla bağlı tənqid olunub və vəzifəsindən uzaqlaşdırılıb.

Məlumata əsasən, Xocavənd RMX-nın direktoru təyin olunmuş obyektiv və düzgün işləyən həkim Cənnətli Nəbiyev olub. “O, da Nurəngiz xanımın oyunlarına baş əymədiyinə görə, cəmi 1 ildən işlədikdən sonra yeri dəyişdirilərək Ağdam rayonuna təyin edilib. Cənnətli həkim orada da cəmi 6 ay işləyə bilib. Nurəngiz xanım onu da yalançı uydurmalarla işdən xaric etdirə bildi”, – deyə qeyd edilib.

Nurəngiz Bəşirova ilə bağlı daha bir ittiham səsləndirilib. Tibbi-Sosial Həkim Komissiyasında onunla birlikdə olan digər üç həkimin hər birinə – Fövzi Tahirov, Anar Zamanov, Kifayət Hacıyevaya 8 il iş kəsilib.

Lakin Nərgiz Bəşirovanın daha da vəzifəsi artırılaraq Sabunçu Tibb Mərkəzinə direktor təyin olunub.

Qeyd edilib ki, N.Bəşirova hər 3 həkimi direktor təyin etdiribmiş.(Fövzi Tanrıverdiyev – Elnur RMX-nə baş həkim; Anar Zamanov – Cəbrayıl RMX-nə direktor; Kifayət Hacıyeva isə – Xocavənd RMX-nə direktor).

Mənbə bütün bunların baş tutmasında da Vüqar Qurbanovun rolu olduğunu,  “boğazını yaxşıca yaşladıqdan sonra” Nərgiz Bəşirovanın istədiyinə nail olduğunu iddia edib.

Səsləndirilən bütün bu ittihamlarla bağlı adı çəkilən şəxslərin və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.