Həyat yoldaşı Habil Eyvazovun sərxoş halda “TikTok”da canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsinə görə ölkə gündəminə düşən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın vəzifəsindən azad olunması barədə xəbər vermişdik.
Bir müddət əvvəl onların qızı Jalə Eyvazovaya Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində yüksək vəzifə verilmişdi. Bununla bağlı Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəhbəri Leysan Məmmədov müvafiq əmr imzalamışdı.
Məlumata görə, atasının “TikTok”da qeyri-etik ifadələr səsləndirməsinə görə Leysan Məmmədov Jalə Eyvazovanı da vəzifəsindən azad edib.
Eyvazovların oğlu isə təhsil aldığı universitetinin ictimai fəaliyyətindən uzaqlaşdırılıb.
Bəs, ailəni qalmaqala salan Habil Eyvazov kimdir?
NOCOMMENT.az xəbər verir ki, Habil Eyvazov 1 oktyabr 1983-cü ildə Füzuli rayonunda anadan olub.
O, işğaldan azad olunmuş ərazilərdə yük avtomobillərinin biznesi ilə məşğuldur.
H.Eyvazov ailəsinə məxsus yük avtomobillərini şirkətlərə icarəyə verməklə gəlir əldə edir.
Nərmin
NOCOMMENT.az













