Mübariz Əhmədzadənin rəhbərlik etdiyi qurumdan yeni xərclərbackend

Mübariz Əhmədzadənin rəhbərlik etdiyi qurumdan yeni xərclər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatala Rayon İcra Hakimiyyəti qurumun rabitə və internet təminatının kəsintisiz fəaliyyətini təmin etmək məqsədilə “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə satınalma müqaviləsi imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, bağlanmış müqavilənin ümumi məbləği 20.424 AZN təşkil edir.

Eyni zamanda, İcra Hakimiyyəti nəqliyyat vasitələrinin yanacaq təchizatı üçün “Qafqaz-oil” MMC ilə satınalma müqaviləsi imzalayıb. Ümumi məbləği 27.141 AZN təşkil edən bu müqavilə üzrə qurumun istifadəsində olan avtomobillər üçün dizel yanacağı və “Aİ-92” markalı benzin satın alınacaqdır.

Xatırladaq ki, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadədir. /32gun.az/