İsrail “Hizbullah”la əlaqəli banka zərbələr endirdibackend

İsrail “Hizbullah”la əlaqəli banka zərbələr endirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Ordusu “Əl-Qard əl-Hasan” maliyyə qurumuna aid obyektlərə zərbələr endirdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, açıqlamaya görə, son həftə ərzində təxminən 30 obyekt hədəfə alınıb.

1983-cü ildə xeyriyyə təşkilatı kimi yaradılmış bu maliyyə qurumu əsasən Livanın şiə icmasına faizsiz kreditlər və digər xidmətlər təqdim edir.

ABŞ 2007-ci ildə “Əl-Qard əl-Hasan”a qarşı sanksiyalar tətbiq edib və bildirib ki, “Hizbullah” bu qurumu maliyyə fəaliyyətini idarə etmək və beynəlxalq maliyyə sisteminə çıxış əldə etmək üçün örtük kimi istifadə edir.

Aliyə
NOCOMMENT.az