İran təhlükəsizlik qüvvələri paytaxt Tehranda həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində İsrailin kəşfiyyat xidməti (MOSSAD) ilə əlaqəli olan strateji bir casusu zərərsizləşdirib. Saxlanılan şəxsin etirafları İsrailin bölgədəki istihbarat müharibəsinin miqyasını ortaya qoyub.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, MOSSAD agenti verdiyi ifadəsində İsrailin İran ərazisinə endirdiyi raket zərbələrinin effektivliyini yoxlamaqla vəzifələndirildiyini bildirib. O, hədəf alınan strateji nöqtələri anbaan qeydə alaraq İsrail tərəfinə ötürdüyünü etiraf edərək deyib:
“Vurulan nöqtələri görüntüləyib hücumun uğurlu olduğunu təsdiqləyirdim. Əgər hədəf tam məhv edilməmişdisə və ya xəta var idisə, həmin koordinatların yenidən bombalanmasını tələb edirdim”.
İsrail kəşfiyyatının təkcə sahədə deyil, həm də rəqəmsal platformalarda aktiv olduğu müəyyən edilib. MOSSAD-ın fars dilində yayımladığı videolarla İran xalqına müraciət edərək, rejim rəsmiləri haqqında məlumat qarşılığında əməkdaşlıq təklif etməsi, kəşfiyyat müharibəsinin psixoloji təzyiq mərhələsinə keçdiyini göstərib.\\sfera.az











