Tehrana endirilən hava zərbələri İranın hakimiyyət iyerarxiyasında ciddi itkiyə səbəb olub. “Al Hadath” telekanalının İran mənbələrinə söykənən iddiasına görə, ölkənin məhkəmə sisteminin rəhbəri Qulam Möhsini-Ejei bu hücumların birində həyatını itirib.
NOCOMMENT.az xəbər verir ki, rəsmi Tehran hələlik bu səs-küylü məlumatla bağlı sükutunu pozmayıb. Heç bir rəsmi qurum xəbəri nə təsdiq, nə də təkzib edib.
Hakimiyyətin ən nüfuzlu simalarından birinin ölümü barədə yayılan bu iddia həm ölkə daxilində, həm də regionda onsuz da gərgin olan vəziyyəti daha da qeyri-müəyyən məcraya sürükləyir.
Hazırda dünya mediasının diqqəti İran tərəfindən gələcək ilk rəsmi açıqlamadadır.
Sara
NOCOMMENT.az










