Almaniyada verdiyi müsahibə zamanı Suriya prezidenti Əhməd Şara diqqət çəkən anlar yaşayıb.
NOCOMMENT.az xəbər verir ki, canlı efir zamanı prezident masanın üzərində olan su şüşəsini açmaq istəyib, lakin buna nail ola bilməyib.
Studiyada olan aparıcı isə vəziyyəti görərək ona kömək edib və şüşəni açaraq prezidentə verib.
Hadisənin görüntüləri qısa zamanda sosial mediada yayılıb və geniş müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi bunu adi hal kimi qiymətləndirsə də, digərləri hadisəni sosial şəbəkələrdə istehza ilə qarşılayıb.
Qeyd edək ki, müsahibə Almaniya mətbuatına verilib və yayılan görüntülər qısa müddətdə gündəm olub.
Sara
NOCOMMENT.az









