Onlar müdir müavini təyin edildilərbackend

Onlar müdir müavini təyin edildilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ Regional Təhsil İdarəsinə yeni müdir müavini təyin olunub.

NOCOMMENT.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Rzayev Ruslan Rasim oğlu Qarabağ Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib.

Ruslan Rzayev əmək fəaliyyətinə 2011-ci ildə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbdə müəllim kimi başlayıb. 2020-ci ilədək müəllim kimi fəaliyyət göstərən Ruslan Rzayev 2020-2022-ci illərdə həmin təhsil müəssisəsində direktor vəzifəsində çalışıb. 2022-ci ildən bu təyinatadək Qazax rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edib.

Məmmədtağıyev Elmin Məmmədtağı oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir müavini təyin olunub.

Elmin Məmmədtağıyev əmək fəaliyyətinə 2017-ci ildə Lerik rayonunda Valeh Rəhimov adına Veri Əliabad kənd ümumi orta məktəbində müəllim kimi başlayıb. O, 2018–2022-ci illərdə Kəlbəcər rayon Təhsil şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 2022-ci ildə fəaliyyətini Mərkəzi Aran Regional Təhsil İdarəsində davam etdirərək əvvəlcə məsləhətçi, daha sonra isə İnzibati təşkilat sektorunun müdiri vəzifələrində işləyib. 2025-ci ildən bu təyinata qədər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində Tədrisin keyfiyyəti sektorunun müdiri kimi fəaliyyət göstərib.

Həmçinin Baxışov Rəvan Baxış oğlu Şirvan-Salyan Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib.

1998-ci ildən əmək fəaliyyətinə başlayan Rəvan Baxışov 2020-ci ilə qədər müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə, 2020–2022-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 17 saylı Regional Xəzinədarlıq İdarəsində çalışıb.

Rəvan Baxışov təyinata qədər Şirvan-Salyan Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun müdiri vəzifəsini icra edib./Qaynarinfo/