“Kurtlar Vadisi”nin “Erdal”ı ilə Hakan Fidan arasında SƏMİMİ SÖHBƏTbackend

“Kurtlar Vadisi”nin “Erdal”ı ilə Hakan Fidan arasında SƏMİMİ SÖHBƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kurtlar Vadisi” serialında canlandırdığı “Erdal Kömürcü” obrazı ilə yaddaşlara həkk olunan aktyor Sefa Zengin AK Partiyanın TBMM-dəki qrup toplantısından əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə bir araya gəlib.

NOCOMMENT.az xəbər verir ki, tərəflər arasında keçən səmimi dialoq sosial media istifadəçilərinin böyük marağına səbəb olub.

Türk televiziya tarixinə damğa vuran “Kurtlar Vadisi”ndəki rolu ilə məşhurlaşan və hazırda “Yeraltı” serialı ilə yenidən gündəmə gələn Sefa Zengin parlamentdə xarici işlər naziri Hakan Fidan, səhiyyə naziri Kemal Memişoğlu, ədliyyə naziri Akın Gürlek və digər rəsmi şəxslərlə görüşüb.

Görüş zamanı nazir Hakan Fidanla aktyor arasında baş tutan qısa dialoq diqqət çəkib:

  • Hakan Fidan: “İndi nə işlərlə məşğulsunuz?”

  • Sefa Zengin: “Hazırda “Yeraltı”ndayıq (serialın adını nəzərdə tutur)”.

  • Hakan Fidan: “İşlər necə gedir?”

  • Sefa Zengin: “Çox gərgin, çəkilişlər davam edir, hər şey çox gözəl gedir”.

  • Hakan Fidan: “Xeyirlisi olsun inşallah”.

  • Sefa Zengin: “Çox sağ olun”.

Attachment

AK Parti Bingöl millətçisi Feyzi Berdibekin dəvəti ilə toplantıya qatıldığını bildirən aktyor Ankara səfərindən məmnunluğunu ifadə edib:

“Burada olmaq çox həyəcanvericidir. İlk dəfədir belə bir atmosferi hiss edirəm. Çəkilişlərdən bir-iki günlük fürsət tapan kimi sevdiyim Ankara şəhərinə gəlmək istədim”, – deyə o qeyd edib.

Teatr təhsili alan Sefa Zengin Türkiyə kino və serial dünyasında xarakterik rolları ilə tanınır. “Kurtlar Vadisi”ndə canlandırdığı “Erdal Kömürcü” obrazı onun karyerasında dönüş nöqtəsi hesab olunur. /Musavat.com /