Boran Əzizdən TRT1-ə irad: “Azərbaycan bayrağı 4 deyil, 3 rənglidir”backend

Boran Əzizdən TRT1-ə irad: “Azərbaycan bayrağı 4 deyil, 3 rənglidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin TRT1 kanalında yayımlanan “3-də 3” verilişində iştirakçılardan birinə Azərbaycanla bağlı sual ünvanlanıb.

“Azərbaycanın bayrağında neçə rəng var” sualına düzgün cavab kimi “4” variantı göstərilib. Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər qeyd edirlər ki, bayraqda ağ rəngdə təsvir olunan ay və ulduz olsa da, rəsmi olaraq Azərbaycan bayrağı 3 rəngdən – mavi, qırmızı və yaşıl rənglərdən ibarətdir”.

Müzakirələrdə Azərbaycan himnində yer alan “üçrəngli bayrağımız” ifadəsinə istinad edilərək sualın cavabının düzgün tərtib olunmadığı vurğulanır.

NOCOMMENT.az xəbər verir ki, tarix elmləri doktoru, professor Boran Əzizin sözlərinə görə, Azərbaycan dövlət bayrağı 3 rənglidir və 1918-ci il, noyabr ayının 9-da Cümhuriyyət Parlamentində qəbul edilmiş qərara uyğundur.

O bildirib ki, bayraq rənglərinin o cür düzülüşü də təsadüfi deyil: “Bayrağımızdakı rənglər və onun düzülüşü ilə bağlı araşdırma yazım var. İlk dəfə də mən araşdırmışam. Bəzən bayraqdakı rəngləri türkçülük, müasirlik, islamçılıq kimi qeyd edirlər. Bu yarımçıq cavabdır.

Əslində isə mavi rəng nəhəng, sonsuz, əzəmət bildirən türk hürriyyətpərvərliyinin nişanəsidir, türkçülük deyil. Qırmızı rəng Avropa elm və texnikasına sahib olmaqla bərabər, insan haqları və demokratiyasına əməl etmək və belə bir yaşam prinsipi seçmək deməkdir. Yaşıl İslam mədəniyyətinin parçasıdır. Bu baxımdan da biz orada digər rənglərin olduğunu bilmirik və qəbul etmirik. Həm parlamentin iclasında Fətəli Xan Xoyskinin, Məhəmməd Əmin Rəsulzadənin də əsərlərində, o cümlədən 1923-cü ildə Türkiyədə çap etdirdiyi “Azərbaycan Cümhuriyyəti” əsərində də kitabın üz qabığında yalnız üç rəng var. Cəfər Cabbarlının, Əhməd Cavadın və digərlərinin şeirlərində də 3 rəngin olduğu qeyd edilir”./pravda.az/