9 şagirdi öldürən Arasla bağlı YENİ FAKTbackend

9 şagirdi öldürən Arasla bağlı YENİ FAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kahramanmaraş şəhərində baş verən məktəb hücumu ilə bağlı yeni detallar məlum olub.

NOCOMMENT.az xəbər verir ki, istintaq materiallarına əsasən, hücumu törədən 14 yaşlı İsa Aras Mersinlinin sosial şəbəkə profilində ABŞ-də kütləvi qətliam törədən Elliot Rodgerin fotosundan istifadə etdiyi müəyyən edilib.

Məlumata görə, Rodger 2014-cü ildə ABŞ-nin Kaliforniya ştatının Isla Vista bölgəsində törətdiyi silahlı və bıçaqlı hücum nəticəsində 6 nəfəri öldürmüş, 14 nəfəri yaralamışdı. Hücumdan əvvəl yayımladığı videoda o, insanlardan intiqam alacağını bildirmişdi.

Bildirilir ki, Rodger psixoloji problemlər, sosial uyğunlaşma çətinlikləri və həmyaşıd zorakılığı ilə üzləşmiş şəxs kimi xarakterizə olunurdu. Oxşar diaqnozların daha əvvəl ABŞ-də məktəb hücumu törədən Adam Lanza ilə bağlı da qeyd edildiyi bildirilir.

İstintaq çərçivəsində Mersinlinin kompüterində hücum planına dair qeydlərin aşkarlanıb, lakin detallarla bağlı məlumat verilməyib.

Qeyd olunub ki, hər iki hadisə arasında bəzi oxşarlıqlar olsa da, hücumların icra forması fərqli olub. Mersinlinin qadınlara qarşı xüsusi düşmən münasibətinin olub-olmaması isə hələlik məlum deyil.

Xatırladaq ki, hadisə nəticəsində bir müəllim və 9 şagird həyatını itirib, 17 nəfər yaralanıb. Faktla bağlı araşdırmalar davam etdirilir./metbuat.az/