Gülüstan Əhmədova toyda dünyasın dəyişdibackend

Gülüstan Əhmədova toyda dünyasın dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərində yerləşən şadlıq evlərindən birində ölüm hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, şəhər sakini, 1975-ci il təvəllüdlü Gülüstan Şahlar qızı Əhmədova toy mərasimində iştirak edərkən halı qəfil pisləşib.

Ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır, ölümün səbəbləri müəyyənləşdirilir./Teleqraf