Araz Ağalarovun qızının müraciəti yayıldı: “Allahı aldanan deyil…”backend

Araz Ağalarovun qızının müraciəti yayıldı: “Allah aldanan deyil…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Araz Ağalarovun qızı Sabina Ağalarova bloger Valeriya Çekalina (Lerçek kimi tanınır) barədə sərt tənqidi fikirlər səsləndirib və onun etdiyi əməllərə görə cavab verməli olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Sabina tanınmış şəxsləri və blogerləri ağır xəstəliklə mübarizə aparan teleulduzu müdafiə etməyi dayandırmağa çağırıb.

O, Lerçeki “evli Natanı öz arxasınca aparmaqda” və “xilasedici uşaq dünyaya gətirmək qərarı almaqda” ittiham edib. Bu açıqlama fonunda qeyd olunur ki, Valeriya fevralın 26-da argentinalı Luis Skviççiarinidən Daniyel adlı oğul dünyaya gətirib və hazırda mədə xərçənginin son mərhələsi ilə mübarizə aparır. O, N.N. Bloxin adına Onkologiya Milli Tədqiqat Mərkəzində kimyaterapiya kursu keçir.

Məhkəmə Lerçeki müalicəyə fokuslanmaq imkanı vermək üçün onunla bağlı cinayət işini müvəqqəti dayandırıb. Bu arada onun keçmiş həyat yoldaşı Artyom Çekalin qanunsuz valyuta əməliyyatlarına görə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib və böyük məbləğdə cərimələnib. Bir çox məşhurlar və blogerlər çoxuşaqlı ataya qarşı cəzanın yüngülləşdirilməsini istəyir ki, bu da Sabinanın emosional reaksiyasına səbəb olub.

Sabina bildirib:“Yəni qadın ilk istintaq işlərindən sonra teleşouya gedib və orada evli kişini yoldan çıxarıb — bu normaldır? Sonra isə rəqs məşqçisindən süni mayalanma (EKO) yolu ilə ‘xilasedici uşaq’ dünyaya gətirməklə guya taleyi aldatmağa çalışıb. Amma Allah aldanan deyil. Əgər müəyyən sınaqlar yazılıbsa, onları yaşamaq lazımdır, yoxsa kainatı aldatmağa davam etmək yox!”

O əlavə edib ki, Lerçekə və ailəsinə pislik arzulamır və onların çətinliklərin öhdəsindən gələcəyinə ümid edir. Lakin Çekalinlər ailəsinin cəmiyyətdə gördüyü diqqət onu narahat edir. “Dayanın, ailə başçısını məsuliyyətdən xilas etməyə çalışmaqdan! Bu insanlar etdiklərinə görə qanun qarşısında cavab verməlidirlər. Borclarını ödəyiblər? Əla! Amma bu, məsuliyyəti aradan qaldırırmı? Biz kimi müdafiə edirik? İllərlə sizi aldadan insanı!” — deyə o vurğulayıb./musavat/com